Xəbər lenti

Bu ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10148,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 20,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 24,4 faiz artıb.

Ümumi sərmayənin 69,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 69,3 faizi məhsul istehsalı obyektlərinin, 22,4 faizi xidmət sahələri üzrə obyektlərin, 8,3 faizi isə ümumi sahəsi 1503,6 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,1 faiz, bank kreditləri 13,6 faiz, büdcə vəsaitləri 25,7 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, büdcədənkənar fondların vəsaitləri 1,8 faiz, digər vəsaitlər isə 0,8 faiz olub.

 




Ana səhifəyə qayıt        Baxış: 413          Tarix: 15-10-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma