Ötən il sahibkarlara 2048 lisenziya verilib. Bunun 1384-nü yeni, 664-nü isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Ümumilikdə İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək sahibkarlara 6 min 766 lisenziya verilib. "Lisenziyalar və icazələr" portalı vasitəsilə isə 587 elektron lisenziya verilib. Eyni zamanda, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 640, 2018-ci il ərzində isə 483 yoxlama keçirilib. Yoxlamaların dayandırıldığı 2015-ci il noyabrın 1-dən əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama aparılıb”, - deyə nazir bildirib.
Paylaş: