Xəbər lenti

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin(AXA) rəhbərliyi və mütəxəssisləri, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin iştirakı ilə Xaçmaz və Lənkəran rayonlarının tərəvəz sahələrində növbəti monitorinq aparılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, monitorinq iştirakçıları bir neçə tərəvəzçilik təsərrüfatlarında olub, tərəvəz, xüsusi ilə pomidor sahələrinə baxış keçiriblər. 

Baxış zamanı sahələrdə xəstəlik və zərərvericilərlə sirayətlənmə halları müşahidə edilməyib, buna baxmayaraq əlaqədar fermerlər arasında maariflənmə işləri aparılıb. Tədbir çərçivəsində Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi tərəfindən fermer və sahibkarlara müvafiq məsləhət və tövsiyələr verilib.

Aparılmış monitorinqlərin nəticəsinə əsasən, Xaçmaz rayonun sahələrindən bol pomidor məhsulunun istehsalı gözlənilir. Hal-hazırda pomidor məhsulları yetişmə fazasındadır. Növbəti həftələrdə Bakı şəhərinin bazarlarına bol məhsulun çıxarılması gözlənilir.

Qeyd edək ki, Xacmazda pomidor yığımına iyulun əvvəlindən başlanılıb. Rayonda əsasən pomidorun “Lajen”, “Sultan”, “Vətən” və “Sevimli” sortları becərilir. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür.

Monitorinq və maarifləndirmə tədbirləri davam etdirilir.

Rəşad Sarıyev




Ana səhifəyə qayıt        Baxış: 302          Tarix: 21-07-2019, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma