Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 48 403,1 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 87,7%-i və yaxud 42 463,7 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,3%-i və yaxud 5 939,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 2 351,2 milyon dollar və yaxud 5,1% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 2 190,4 milyon dollar və yaxud 5,4%, AMB-nin valyuta ehtiyatlarında isə 160,8 milyon dollar və yaxud 2,8% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 854,3 milyon dollar və yaxud 11,15% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 4 427,6 milyon dollar və yaxud 11,6%, AMB-nin valyuta ehtiyatları isə 426,7 milyon dollar və yaxud 7,7% artıb.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.07.2019 | 42 463,7 | 5 939,4 | 48 403,1 |
01.04.2019 | 40 273,3 | 5 778,6 | 46 051,9 |
01.01.2019 | 38 515,2 | 5 625,7 | 44 140,9 |
01.10.2018 | 38 987,7 | 5 534,5 | 44 522,2 |
01.07.2018 | 38 036,1 | 5 512,7 | 43 548,8 |
Paylaş: