 
 
 
Avqustun 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 10:30-dan 12:00-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
| Dövlət qeydiyyat №-si | 50101776S | 
| Hərraca çıxarılan həcm | 200 000 000 AZN | 
| Notun nominal dəyəri | 100 АZN | 
| Notların tədavül müddəti | 28 gün | 
| Ödəmə tarixi | 18.09.2019 | 
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
AMB qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.
Paylaş:






 
  
  
  
  
 





















