Xəbər lenti

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1 777,4 min və ya 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu ilin iyul ayında ölkəyə gələn xarici vətəndaşların sayının 10,6%  artmasına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib.

"Bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 134,6 mln. manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə bu göstərici 7% artıb. Ümumilikdə isə, 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 725,4 mln. manat təşkil edib", - deyə R. Hüseyn qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 163          Tarix: 30-08-2019, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma