Xəbər lenti

 

30 iyun 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 mlrd. 991 mln. manat, kredit portfeli 11 mlrd. 712 mln. manat, cəmi öhdəlikləri isə 24 mlrd. 087 mln. manat təşkil edib.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 904 mln. manat, əhalinin əmanətləri isə 8 mlrd. 19 mln. manat olub. 2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0,2% (70 mln. manat), balans kapitalı isə 5,2% (195 mln. manat) artıb.

 

Bu ilin ilk yarımilliyində kredit portfeli 3,3% və ya 375 mln. manat (iyun ayı üzrə 1,4%, 160 mln. manat), fiziki şəxslərin cəmi depozitləri 6,3% və ya 477 mln. manat (iyun ayı üzrə 2,9%, 227 mln. manat) artıb. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri hesabat dövrü ərzində 9,7% və ya 505 mln. manat (iyun ayı üzrə 2,7%, 148 mln. manat) artıb.




Ana səhifəyə qayıt        Baxış: 491          Tarix: 26-07-2018, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma