Oktyabrın 11-də, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesində yerləşən otellərdən birində baş tutacaq.
Yığıncağın gündəliyinə ABB-nin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi, səhmdarlara dividendlərin ödənilməsi, bu ilin ilk 9 ayı üzrə maliyyə hesabatının nəzərdən keçirilməsi, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürülməsi nəzərdə tutulan, lakin ötürülməyən problemli aktivlərin balansdan silinməsi, Bankın törəmə investisiya şirkətinin yaradılması, səhmdarlardan səhmlərin geri alınması və digər məsələlər daxildir.
Xatırladaq ki, ABB yaxın illərə qədər qiymətli kağızlar bazarının iştirakçısı olub. Banka məxsus "International Transaction System" MMC 2015-ci ildə bazardan kənarlaşdırılıb.
Paylaş: