Xəbər lenti

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Aqrarkredit”in açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, iclasda “Kainat” ASC və “Fireland Vineyards” MMC üzrə əmlakların ilkin qiymətinin təsdiq edilməsi və hərraca çıxarılması barədə, “Qafqaz Beton 2007” MMC üzrə biznesin qiymətinin nəzərə alınması, eyni zamanda, həmin müəssisə üzrə əmlakın qiymətləndirilməsi barədə qərar qəbul edilib, həmçinin “Mingəçevir İzolit” ASC, “BOT”, “Bakı Fındıq Emalı”, “Stimul” və “Şəki Kərpic” MMC-lər üzrə əmlakların qiymətləndirilməsi işinin təşkili ilə bağlı komissiya “Aqrarkredit”inn İdarə Heyətinə tapşırıqlar veribr.

Hazırda ABB-dən qəbul edilmiş problemli kreditlər üzrə işlər davam etdirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 20-09-2017, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma