Dollar iyun ayına “qara bazar”da bahalaşma ilə başlayıb.
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, iyun ayının 1-də dolların alışı 1.6800 manatdan 1.6900 manata, satışı isə 1.6900 manatdan 1.6950 manata yüksəlib.
Bununla da “qara bazar”da dollar alqı-satqısı üzrə spred iki həftədən sonra yenidən minimum həddə düşüb- 0,5 qəpik. Qeyd edək ki, sonuncu dəfə belə spred may ayının 18-da qeydə alınmışdı. Adi qaydada isə “dollar alverçiləri” minimum 1 qəpik fərqlə alqı-satqı həyata keçirirlər. Amma “qara bazar”a müraciətlərin kəskin azalması ilə “dollar alverçi”lərini minimum fərqlə ticarət etməyə vadar edib: “Müraciətlər azaldığına görə, daha az qazancla dollar alıb-satmağa məcburuq”.
Dollarla yanaşı, avronun “qara bazar”da satışı nisbətən bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8500 manat olaraq qalıb, satışı isə 1.8900 manatdan 1.9000 manata kimi yüksəlib.
Paylaş: