Azərbaycanda Avro-5 satandarlarına cavab verən dizel və benzin yanacağı istehsal ediləcək. Xezerxeber.az məlumat verir ki, bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda hazırlıqlar görülür.
Bu barədə 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.
Natiq Əliyev bildirib ki, 2020-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qaz hasil ediləcək. Bu bizə əlavə 16 milyard kubmetr həcmində qaz hasil etməyə imkan verəcək. Bununla da ölkədə 2020-ci ildə 44,5 milyard kubmetr qaz hasil ediləcək.
Bununla yanaşı dünya bazarlarında neftin qiymətinin stabilləşməsi Azərbaycanı qane edir. Rəsmi Bakı OPEC-in bütün təkliflərini dəstəkləyir.
30 ölkəni təmsil edən 400- dən çox nümayəndənin iştirak etdiyi Beynəlxalq Xəzər neft , qaz konfransı 2 gün davam edəcək. Burda müxtəlif dövlətlərin nümayəndləri, aparıcı neft-qaz şirkətlərinin rəhbərləri və ekspertlər dünyada enerji hasilatı, idarə edilməsi və nəqli üzrə məsələləri müzakirə edəcək, məruzələrlə çıxış edəcəklər.
Paylaş: