Xəbər lenti


“Hər zaman, xüsusilə də indiki dövrdə ən çox ehtiyac duyulan məsələ hökumətlərin, şirkətlərin, ixtiraçıların, yaradıcı insanların vizyonudur. Cənub Qaz Dəhlizi də bizə məhz bu vizyon imkanı yaradır”.
Bunu Xəzər Siyasi Mərkəzinin təşkil etdiyi virtual görüşdə ABŞ-ın dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurd Donnelli bildirib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi böyük nailiyyətdir: “Lakin biz dayana bilmərik. Cənub Qaz Dəhlizi vasitəsilə qazın İtaliyaya nəqlinin başlaması ilə iş bitməyəcək. Bizim görəcək çox işimiz var”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. (report)



Ana səhifəyə qayıt        Baxış: 3 250          Tarix: 17-07-2020, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma