Xəbər lenti


“İşğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış, milli prioritetlərin reallaşdırılması üçün Türkiyə tərəfi ilə əməkdaşlığın bütün formalarında maraqlıyıq”.

Bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda baş tutan Türkiyə-Azərbaycan işgüzar görüşü zamanı səsləndirib.

Mikayıl Cabbarov bildirib ki, quruculuq işlərinin həyata keçirilməsində də Türkiyə şirkətlərinə üstünlük verilir:
“Sevindirici haldır ki, Türkiyənin iş adamlarından bərpa prosesində iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olur. Qardaş ölkənin şirkətləri artıq bu ərazilərdə müvafiq infrastrukturun yaradılması prosesinə cəlb edilib”.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq sahələrindən biri də nəqliyyat-tranziit sahəsidir:
“Tranzit olaraq Türkiyədən Orta Asiya və əks istiqamət üzrə hərəkət edən irihəcmli yük avtomobillərinin, tırların sayında əhəmiyyətli artım müşahidə olunur. 2020-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 74,4 faiz artaraq 28 min 500-dən çox olub.

Azərbaycan ərazisindən istifadə etməklə yük avtomobilləri ilə daşımalar həyata keçirən Türkiyədən şəxslərə daha əlverişli şəraitin yaradılması barədə qarşı tərəfin müraciətləri nəzərə alınıb və hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Qısa müddət ərzində məsələnin həllinə nail olmaq niyyətindəyik”.

Nazir əlavə edib ki, mart ayının ortalarında Birləşmiş Tranzit Operatoru şirkətinin rəhbərliyi təyin olunmuş formada yaxın həftələrdə öz fəaliyyətinə başlayacaq.

/oxu.az


Ana səhifəyə qayıt        Baxış: 2 279          Tarix: 2-04-2021, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma