Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
OPEK+ alyansının iclası öncəsi dünya bazarlarında neft qiymətləri bir qədər bahalaşır.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,16 % bahalaşaraq, 1 bareli 74,74 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,2 % artaraq, 1 bareli 73,62 ABŞdolları təşkil edib.
Hazırda OPEK+ alyansının iclası diqqət mərkəzindədir. Analitiklər hesab edirlər ki, xammala olan tələbin artması fonunda alyans avqust ayında hasilatın artırılması ilə bağlı qərar verəcək.
Hazırda bazardakı vəziyyət neft və neft məhsullarının qiymətlərinin artmasına təkan verir. Bir tərəfdən, məhdudiyyətlərin tədricən aradan qaldırıldığı ABŞ-da neftə olan tələbat kəskin surətdə artır.
Digər tərəfdən isə təklif səviyyəsi demək olar ki, dəyişilməz olaraq qalır. Ekspertlər hesab edirlər ki, bu gedişat cari ildə xammal çatışmazlığına səbəb ola bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar