Xəbər lenti

Rusiyadan idxal olunan buğdanın qiymətinin qalxması səbəbilə, Gürcüstan alternativ tədarükçülər axtarmağa başlayıb.

Gürcüstan taxıl və un istehsalçıları Assosiasiyasının başçısı Levan Siqalavanın bəyan etdiyi kimi, son 10 gündə Ruiyadan ixrac olunan buğdanın qiyməti təxminən 20 dollar qalxıb və hazırda orta hesala 280-285 dollar/ton təşkil edir.
Onun sözlərinə görə, bu il bazarın diferensiallaşdırılmasının mümkün ola biləcəyi və Qazaxıstandan və ya istənilən digər üçüncü ölkədən buğda idxalının mümkünlüyü bir qədər sonra məlum olacaq.

«Bu barədə sentyabrın 15-dən sonra danışmaq mümkün olacaq ki, Qazaxıstanda buğda məhsulu toplanmasına başlanacaq» - «İnterfaks» Siqalavadan sitat gətirir. Bu zaman o, bir aspektə diqqət yetirib ki, özlüyündə kədərlidir, amma bazar üçün effektli ola bilər: Qazaxıstan Əfqanıstana çox böyük miqdarda buğda və un satır. Orada isə hazırda qeyri-sabit siyasi situasiya yaşanır və ona görə də əfqan bazarı üçün nəzərdə tutulmuş buğdanın bir hissəsi böyük hesabla, digər ölkələrə, o cümlədən Gürcüstana daxil olacaq. Digər bir böyük istehsalçıya - Ukraynaya gəlincə, ekspertin qiymətləndirməsinə görə, orada becərilən buğda həmişə Rusiya məhsulundan baha olub və bu səbəbdən son 10 ildə oradan Gürcüstana idxal minimum olub.

Qeyd etmək yerinə düşərdi ki, 2020-ci ildə Gürcüstan 490 min ton buğda idxal edib, o cümlədən Rusiyadan bu rəqəm 488,3 min ton (ümumi idxalın 99,5 faizi) təşkil edib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 690          Tarix: 25-08-2021, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma