Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
“Rusiyada yanacağın pərakəndə satışı altı aydan çoxdur ki, zərərli vəziyyətdədir. Topdan və pərakəndə satış qiymətləri arasındakı fərq aradan qalxmazsa, müstəqil Yanacaq Doldurma Məntəqələri (YDM) kütləvi iflasa gedə bilər".
“AzPolitika.info” “Marja”ya istinadən xəbər verir ki, bu fikri Rusiyadakı "Shell" yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafı və əməliyyat idarəçiliyi üzrə direktoru Vitali Maslov söyləyib.
Dünya neft qiymətlərinin artması ixrac alternativinin cəlbediciliyini artırıb. Neft emalı zavodları yanacağı daha yüksək qiymətlər ilə ixrac edirlər, daxili bazara da aşağı qiymət ilə satmaq niyyətində deyillər.
“Rusiya neft emalı zavodları istehsal olunan dizel yanacağının 50%-ə qədərini və benzinin təxminən 15% -ni ixrac edirlər. Təbii ki, ixrac satışları daha çox gəlir gətirir. Buna görə də, qiymətlərin ixrac alternativi səviyyəsinə qaldırılması üçün daimi bir proses gedir”,-Maslov bildirib.
O xatırladıb ki, ilin əvvəlindən yanacağın topdan satış qiymətləri 25-30%, pərakəndə satış qiymətləri isə cəmi 3-6% artıb. Nəticədə, səkkiz aydı bütün müstəqil yanacaq pərakəndə satış sektoru "mənfi gəlirlilik zonasında fəaliyyət göstərir".
"Yəni yanacaq işində qazandığımız xərcləri ödəmək üçün kifayət deyil. Belə bir vəziyyətdə biznes özünü çox narahat hiss edir. Düşünürəm ki, elementar iflas seriyası başlaya bilər", - Maslov əlavə edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Rusiya yanacaq İttifaqının məlumatına istinadən bildirir ki, Rusiyada 24 min YDM fəaliyyət göstərir.
“Bunların 60%-i qeyri-neft şirkətlərinə məxsusdur və onlar Rusiyada istehlak edilən yanacağın 30%-ni satırlar. Neft şirkətlərinin YDM-ləri vasitəsi ilə istehlak edilən yanacağın 70%-i parakəndə bazarda realizə edilir”,-deyə ekspert əlavə edib.
İ. Şaban qeyd edir ki, Rusiyada bu il yanacağın qiyməti artım nümayiş etdirsə də, satışdakı marja minimuma enib: 1-2% ətrafında dəyişir.
Onun sözlərinə görə, dizel yanacağında hətta gəlirin olmadığı həftələr də qeydə alınıb:“Shell” şirkətinin nümayəndəsi bildirib ki, Rusiyada özünün neft hasilatı və neft emalı olan şirkətlər üçün yanacaq satışında problem yoxdur, çünki xarici bazardakı satış hesabına daxildəki gəlirlərini balanslaşdıra bilirlər. Ancaq bazardakı müstəqil YDM şirkətlərinin vəziyyəti acınacaqlıdır. Artıq banklar onlara biznes fəaliyyəti üçün kredit verilməsini riskli biznes qrupuna aid ediblər. Bu cür YDM-lər sadəcə fəaliyyətlərini davam etdirmək üçün YDM-lərdəki servis imkanlarını genişləndirir, kafe xidmətlərində müştərilərə daha cəlbedici təkliflər edirlər”.
Bəs Azərbaycanda vəziyyət necədir?
İ. Şaban deyir ki, bizdə neft məhsullarının parəkəndə satışında daxildə bazar qiymətləri mövcud deyil.
“Dövlət tənzimləməsi tətbiq edilir, dövlətin tənzimləmədiyi yüksəkoktanlı avtomobil benzini satışlarında isə 2014-cü ildən sayı 900-dən çox olan bazar iştirakçıları arasında - yəni bütün ölkə ərazisində malın qiymətini eyni gündə, eyni saatda, eyni qiymətə satrmaq haqda centlmen razılaşması var. Hökumət də seyrçi mövqedədədir”,-deyə ekspert vurğulayıb.
Mərkəz rəhbəri maraqlı bir detalı da açıqlayıb: “Yanacağın topdansatışını SOCAR həyata keçirir. Yollarda müxtəlif YDM-lərə məxsus firmennı "benzovozları" seyr edirik. Amma daşıma xərclərini hökumət SOCAR-ın üzərinə qoyub. Professional dildə ifadə etsək, SOCAR neft bazalarından yanacağı DAF müqavilələri əsasında satır, yəni qapıdan qapıya”.
İlham Şabanın sözlərinə görə, Azərbaycanda dizel və Ai-92 markalı benzinin satışında marja 7-8% arasındadır.
Bu baxımdan, yanacaq bazarımızda vəziyyət postpandemiya dövründə - satış həcmlərinin də artımını nəzərə babat hesab edilə bilər”-deyə ekspert sözlərinə əlavə edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar