Xəbər lenti

Türkiyədə daha bir inqilabın şahidi oluruq... Amma küçələrdə yox. Düşündüyünüz kimi deyil.

İnqilabı Ərdoğanın özü həyata keçirir. Daha dəqiqi, Ərdoğan Türkiyəni Qərb kapitalından asılılıqdan çıxarır. Hansı ki, bu kapital da Türkiyə iqtisadiyyatının artımını ləngidir.

Bu sxem necə işləyir?

Belə ki, Qərb spekulyativ kapitalı ölkəyə daxil edir və hələlik onu saxlayır. Daha sonra yerli valyutadan kapital çıxarmağa başlayır və bununla da Mərkəzi Bankı (MB) faiz dərəcələrini artırmağa məcbur edir. Faiz dərəcələrinin artması ilə kreditləşməni çətinləşdirir əlçatan olmur və buna uyğun olaraq, iqtisadi artım yavaşlayır.
Qərb bu cür üsulları bir çox ölkələrə tətbiq edir. 

Heç düşünmüsünüzmü ki, niyə Avropada illik yarım faizlə kredit götürə bilərsiniz, amma bizdə faiz dərəcəsi 5-15 faizdir?

Bu cür müvəqqəti bağlanmış kapital xarici ölkənin iqtisadiyyatını manipulyasiya etmək üçün əla bir yoldur.

Bu ilin birinci rübündə Türkiyənin ÜDM-i 7,2%, ikinci rübdə isə 21,7% artıb. Təbii ki, Türkiyəni ləngitmək niyyətində olan qüvvələr var.
Ərdoğan nə etdi? 

Birincisi, Qərbin ardınca getmədi və Mərkəzi Bankın uçot dərəcəsini qaldırdı.

İkincisi isə "qara məni basınca, mən qaranı basım" taktikası ilə manipulyatorlardan daha tez tərpəndi və lirənin məzənnəsini özü aşağı saldı. 

Güman edirik ki, Qərb kapitalının əsas hissəsi hələ də lirədə ilişib qalıb. Çünki indi qalan kapitalın çıxarılması lirəni daha da aşağı salacaq və nəticədə Qərb investisiyasının yarıdan çoxunu itirəcək (ən azı üçdə birini artıq itirib).

Ərdoğanın Türkiyə iqtisadiyyatını Qərb möhtəkirlərindən asılılıqdan çıxarmaq üçün əsas vəzifəsi tamamlandı. Lirənin çökməsi iqtisadi artımda nəhəng bir sıçrayış verəcək və düşünürük ki, Türkiyə bu ili görünməmiş ÜDM artımı ilə başa vuracaq.

Lirə ilə aşağı faizlə krediti olan türk iş adamları, xüsusilə də istehsalat işçiləri sevinir.

Türkiyə bir çox sahədə ixracat edir. Biznes kreditləri əlverişli olaraq qalır və gələcək iqtisadi artım təmin edilir. Türkiyə ixracatı daha da rəqabətli olur.

Gələn il daha çox turist olacaq, çünki Türkiyəyə gəlmək daha sərfəli olub. 

Təbii ki, indi əhalinin bir hissəsi əziyyət çəkəcək. Amma uzunmüddətli perspektivdə bütün Türkiyə əhalisi yalnız Ərdoğanın qətiyyətli addımlarından faydalanacaq .
Bunun nəticəsi olaraq "Türkiye Cumhuriyet Merkez Bankası sən azadsan!" deyə bilərik! . 

Böyük dövlət, Ərdoğan məhz Qərbin təsir edə bilməyəcəyi müstəqil maliyyə siyasəti olan dövlət qurur. Böyük dövlət quruculuğunda əsas şərtlərdən biri məhz Qərbin təsir edə bilməyəcəyi müstəqil maliyyə siyasətinin olmasıdır. 

Çünki 19-cu əsrdən başlayaraq, Abdülhəmid zamanından belə spekulyativ gedişlər vasitəsilə dəfələrlə Türkiyənin qarşısı kəsilib. Sonuncu belə gediş 2001-ci ildə oldu və sonu defoltla nəticələndi. 

Qarşına qoyduğu vəzifəni icra etmək və Türkiyəni Qərb pul siyasətindən aralayıb müstəqil maliyyə sisteminin olması, vacib və labüddür. 

“Kütləvi etirazlara” gəlincə, əvvəlki yazılarımda (amerikalılar, avropalılar, ermənilər, rus millətçiləri, azərbaycanlı müxaliflər və kamalistlər) haqqında yazdıqlarım bilirlər ki, etirazlar heç bir nəticə verməyəcək. 

Onsuz da onların azlığını görürük və bundan başqa, gördüklərimiz Ərdoğanın özünün əməllərinin nəticəsidir. Təbii ki, o, öz planında “kütləvi” iğtişaşları da qabaqcadan görürdü.

Ona görə də biz rahat əyləşib Türkiyənin Qərb-Avropa ilə maliyyə savaşında necə ayaqda qalacağını müşahidə etməyə davam edək. (Praterin şərhi)



Ana səhifəyə qayıt        Baxış: 3 960          Tarix: 24-11-2021, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma