Xəbər lenti

Rusiyanın Mərkəzi Bankı son dörd ildə ilk dəfə olaraq əsas uçot dərəcəsini qaldırıb. Təhlilçilərin fikrincə, buna əsas səbəb Qərbin güclənən sanksiyaları və inflyasiyanın yüksəlməsidir.

Rusiyanın Mərkəzi Bankı sentyabrın 14-də bildirib ki, uçot dərəcəsi 0, 25 faiz artırılaraq 7, 5 faizə çatdırılıb. Bank bunu da bildirir ki, “gələcəkdə lazım gələrsə uçot dərəcəsinin yenidən qaldırılması” baş verə bilər.

Mərkəzi Bankın uçot dərəcəsi fiziki və hüquqi şəxslərə verilən kreditlərin faizini müəyyən edir. Bu isə o deməkdir ki, adi rusiyalılara kredit almaq daha baha başa gələcək.

Bu da bildirilir ki, “illik inflyasiya gözlənildiyindən 4 faiz yüksək olub”.

Bu arada Türkiyə kimi inkişaf etməkdə olan ölkələrdə də valyuta böhranları baş verir. Türkiyənin Mərkəzi Bankı da prezident Ərdoğan-ın uçot dərəcəsini artırmamaq çağırışına əməl etməyib.

Rusiyaya gəlincə isə onun milli valyutası avqust ayında dollara münasibətdə son iki ilin ən aşağı məzənnə həddinə enib.

Rusiya Mərkəzi Bankı inflyasiya üçün 2019-cu ildə 5-dən 5, 5 faizədək, 2020-ci ildə isə 4 faizədək proqnozu verib.

Rusiya MB uçot dərəcəsini son dəfə 2014-cü ildə neft qiymətlərinin düşməsi və Moskvanın Krımı ilhaq etməsi ilə bağlı elan edilmiş Qərb sanksiyaları ilə əlaqədar yaranmış iqtisadi vəziyyətə görə qaldırmışdı.

Rusiya Mərkəzi Bankının uçot dərəcəsini artırması rublun dollara nisbətdə məzənnəsini 69 rubldan 68-ə yüksəldib.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 15-09-2018, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma