Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycanda xarici valyutaya tələbatın artmasına diqqət çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, noyabrın 18-dən dekabrın 2-dək Mərkəzi Bankın Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi beş hərracda 543,2 milyon ABŞ dolları məbləğində valyuta satılıb: “Son 15 gün ərzində valyuta satışının həcmi bütün oktyabr ayı üzrə satışdan çox olub. Beləliklə, noyabr ayı üzrə valyuta satışının həcmi bu il üçün orta aylıq normanı ötür.
Dekabr ayında da satışın orta ayıq normadan yüksək olacağı gözlənir. Valyutaya artan tələbat ilin sonunda xarici borc öhdəlikləri üzrə ödənişlərin çoxalması ilə izah oluna bilər”.
Qubad İbadoğlu dünya bazarında neftin ucuzlaşmaq ehtimalının yüksək olduğunu vurğulayaraq qeyd edir ki, qiymətlərin uzun müddətə düşməsi Azərbaycanda devalvasiya riskləri yaradan amillərin xeyli fəallaşmasına gətirib çıxara bilər.
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 4 milyard 845,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 644,9 milyon, fevralda 437,3 milyon, martda 397,7 milyon, apreldə 509,9 milyon, mayda 312,7 milyon, iyunda 463,6 milyon, iyulda 461,6 milyon, avqustda 512,3 milyon, sentyabrda 565,4 milyon, oktyabrda 539,9 milyon dollar alınıb.
Manatı qorumağa Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.
Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95, avqusta 73,48, sentyabra 72,21, oktyabra 80,44, noyabra 87,08, dekabra 71,74 dollarla start verib.
novator.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar