Xəbər lenti
Bu gün, 17:10
Bu gün, 16:05
Bu gün, 15:14
Bu gün, 14:54
Bu gün, 13:27
Bu gün, 12:37
Bu gün, 10:13
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard 751,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 576,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz artıb, alınan mallara xərclənən vəsaitin 49,1 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Başqa rəsmi açıqlamaya əsasən, yanvar-noyabr aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 6,2 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 7,4 faiz, qeyri-ərzaq məhsulları 4,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 5,4 faiz bahalaşıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























