Xəbər lenti

"Avstriya hakimiyyəti Ukraynadakı vəziyyət kontekstində Rusiyaya təzyiq göstərmək üçün "Şimal axını – 2” qaz kəmərindən istifadənin əleyhinədir".

Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski deyib.
Onun sözlərinə görə, səfirlik bu xəttə sadiqliyi Avstriya kansleri Karl Nehammer və ölkənin xarici işlər naziri Aleksandr Şallenberqin bəyanatlarında qeydə alıb:
 
"Bizim üçün vacibdir ki, Avstriyaya məxsus OMV şirkətinin Avropa şirkəti olaraq fəal iştirak etdiyi bu layihəyə rəsmi Vyana Ukrayna böhranında Moskvaya təzyiq vasitəsi qismində istifadə edilməməsi kimi baxır. Avstriya hökuməti kənardan ehtimal olunan təzyiqlərə baxmayaraq qaz kəmərinin reallaşdırılmasına ardıcıl dəstək verib".



Ana səhifəyə qayıt        Baxış: 1 942          Tarix: 31-12-2021, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma