Xəbər lenti
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
"Cənub Qaz Dəhlizi Cənub-Şərqi və Cənubi Avropaya qaz tədarükünün şaxələnməsi və təhlükəsizliyi baxımdan başlıca amildir".
Bunu “Report”a müsahbəsində ICGB layihə şirkətinin Bolqarıstandan icraçı direktoru Teodora Georgiyeva bildirib.
O, Azərbaycandan təbii qaz nəqli həyata keçirildiyi SGC layihəsinin Avropaya dördüncü mühüm qaz tədarükü xətti olduğunu dilə gətirib.
“IGB kəmərinin TAP-a (Trans-Adriatic Pipeline) qoşulması faktı onu Cənub Qaz Dəhlizinin ayrılmaz parçası halına gətirir. Bu layihə Bolqarıstanın, bütövlükdə Cənub-Şərqi Avropanın SGC-yə, Azərbaycan təbii qazına çıxışını təmin edir”, – deyən Teodora Georgiyevanın fikrincə, SGC Məşvərət Şurasının da iclasları SGC ilə bağlı həyata keçirilən layihələrin daha səmərəli əlaqələndirilməsi baxımdan mühüm əhəmiyyyət daşıyır.
Xatırladaq ki, İGB interkonnektoru Bolqarıstanı Yunanıstan vasitəsilə Azərbaycandan Gürcüstan və Türkiyədən keçməklə Avropaya bağlayan TAP layihəsinə qoşulacaq.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar