Xəbər lenti

Ukraynanın «Batkivşina» partiyasının lideri, Ali Radanın deputatı Yuliya Timoşenko hesab edir ki, Qərb Ukraynanın bütün xarici borcunu silməlidir.

Bununla əlaqədar o, ölkə başçısı Volodimir Zelenskiyə müraciət edib ki, mütləq bu məsələni ABŞ-ın Vitse-prezidenti Kamala Harrislə qarşıdan gələn görüşdə qaldırsın.

Görüş bu gün təhlükəsizlik üzrə Münhen Konfransında baş verəcək.

Yuliya Timoşenkonun sözlərinə görə, Kiyevin Qərb həmkarları anlamalıdırlar ki, Ukrayna düşməndən təkcə özünü yox, həm də bütün dünyanı qoruyur.

Timoşenko əmindir ki, xarici kreditorlar mütləq Ukraynanın belə qəhrəmanlığını nəzərə alacaq və onun bütün xarici borcunu bağışlayacaq.

Onun fikrincə, Zelenski Harrislə görüş zamanı məhz bununla məşğul olmalıdır. Borc silinəndən sonra isə həmin vəsaiti ordunu möhkəmlətməyə yönəltmək lazımdır.

“Bizim xarici borcumuz 52 milyard dollar təşkil edir. Biz onun ödənilməsini müstəqil şəkildə dayandıra bilmərik. Amma ABŞ-ın faktiki ikinci şəxsi ilə danışıq aparıb, izah edə bilərik ki, bu vəsaiti biz indi güclü ordu yaratmaq üçün istifadə etməliyik…” – deyə, Timoşenko bəyan edib.

“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 450          Tarix: 19-02-2022, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma