Xəbər lenti

 

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin ən nüfuzlu 100 sakini arasında liderlik qazanıb.

Yerli "Fokus" nəşrinin tərtib etdiyi reytinqin ilk sırasında Zelenski dayanır.

Reytinqdə yüksək vəzifəli şəxslər, fraksiya rəhbərləri, ən varlı iş adamları və dövlət şirkətlərinin rəhbərləri də var. İştirakçıların 61%-i siyasətçi və məmurlardır.

"Top-5"ə prezident ofisinin rəhbəri Andrey Boqdan, baş nazir Aleksey Qonçaruk və ölkənin ən varlı iş adamlarından olan İqor Kolomoyski də daxildir.

Reytinqin 20%-ni qadınlar təşkil edir. Onlar arasında "Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenko və maliyyə naziri Oksana Markarova da var.

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko isə reytinqin 18-ci pilləsində qərarlaşıb. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 288          Tarix: 20-12-2019, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma