Xəbər lenti
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
Azərbaycan və Türkiyənin enerji sahəsində brendləşməsinə böyük töhfələr verən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara verildiyi tarixdən 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 milyard kubmetrə, Avropaya verilən qazın həcmi 9 milyard kubmetrə çatıb.
“Report”un məlumatına görə, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin ən əhəmmiyyətli həlqəsi olan TANAP, Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə verməklə yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırıb.
"TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişafına töhfə verməklə yanaşı, Azərbaycanı Türkiyənin və Aİ-nin əhəmiyyətli bir qaz təchizatçısı edir. Hazırda 16 milyard kubmetr olan TANAP-ın ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyard kubmetrə çatdırılması mümkündür”, - S. Düzyol deyib.
O, bildirib ki, TANAP layihəsinin icrası zamanı yaratdığı yeni iş və məşğulluq imkanları ilə Türkiyə iqtisadiyyatına mühüm töhfələr verib: “Layihədə, boru kəməri marşrutunun keçdiyi 20 şəhərdə investisiya dövründə təxminən 13 min nəfərə birbaşa və dolayı məşğulluq imkanları təmin edilib. Bundan əlavə, marşrut üzərində olan şəhər və rayonlarda bir çox sənaye və ticarət müəssisələri, xüsusilə kiçik və orta sahibkarlıq müəssisələri üçün yeni iş həcmi yaradılıb, həyata keçirilən sosial və ekoloji investisiya proqramları vasitəsilə yerli əhaliyə davamlı iqtisadi, sosial, ekoloji və mədəni faydalar təmin edilib. Bu çərçivədə 20 şəhər, 67 rayon və 600 kənddə dəqiqliklə müəyyən edilmiş 1 000-dən çox layihəyə maliyyə dəstəyi verilib”.
Bildirib ki, hazırda kommersiya əməliyyatları 100 % səmərəliliklə həyata keçirilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar