“TANAP layihəsi Avropa İttifaqının qaz təchizatının şaxələndirilməsi ilə yanaşı, enerji tədarükünün təhlükəsizliyinin artırılmasında da əhəmiyyətli rol oynayacaq”.
Bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru Giorgi Baxtadze “IPN” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu vaxta qədər Gürcüstan Azərbaycan qazını Türkiyəyə və Rusiya qazını Ermənistana tədarük edən regional əhəmiyyətli tranzit ölkə idi. “TANAP-ın istifadəyə verilməsindən sonra Gürcüstanın tranzit ölkə kimi mövqeyi beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb”.
G.Baxtadze bildirib ki, 2018-ci ilədək TANAP-ın istismara verilməsindən öncə Gürcüstan “Şahdəniz” yatağından maksimum 330 mln. kubmetr qaz əldə edirdi: “Layihənin istifadəyə verilməsindən sonra Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi tədricən artacaq. 2024-2026-cı illərdə və növbəti mərhələlərdə nəql olunan təbii qazın həcmi 22 mlrd. kubmetrə çatacaq. Bu da Gürcüstana il ərzində aşağı qiymətə 1,1 mlrd. kubmetrə qədər təbii qaz almağa imkan verəcək”. (report)
Paylaş: