Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
Bu həftə Avropa Birliyinin məsul strukturları qısa müddət ərzində Rusiyanın enerji asılılığını aradan qaldırmaq üçün tədbirlər planı açıqlayacaq. İqtisadçı, ekspert Rövşən Ağayev bazardakı mövcud durumu araşdırıb, Qərbin planlarının reallaşma imkanlarını axtarıb:
“Ən son statistikaya görə, Avropa qitəsinin illik xam neft idxalı 770 mln. ton ətrafındadır və bunun təxminən 18%-i (140 mln. ton) Rusiyanın payına düşür.
Qitənin təbii qaz istehlakı isə 500 mlrd. kubmetr ətrafındadır ki, Rusiyadan asılılıq 35% və ya 160 mlrd. kubmetr (Türkiyənin təxminən 20 mlrd. kubmetr idxalı nəzərə alınmadan) ətrafındadır.
Qərb koalisiyasının Venesuela və İranın bazara qaytarılması variantlarını nəzərdən keçirməsi, Kanadının illik istehsalı 50 mln. tona qədər artırmaq imkanın olması barədə açıqlaması onu göstərir ki, Rusiya neftindən imtina üçün imkanlar real görünür.
Hətta rusiyalı ekspertlərin öz hesablamalarına görə, ABŞ-ın şist neft istehsalını gündəlik 1,5 mln. barrel artırmaq potensialı da nəzərə alınsa, yaxın 6-8 ayda yuxarıda qeyd olunan bütün mənbələr də nəzərə alınmaqla, dünya bazarına əlavə olaraq gündəlik 5 mln. barrel neft çıxarmaq mümkündür. Bu isə Rusiyanın dünya bazarından sıxışdırılması planlanan bütün neft həcmini kompensasiya etməyə yetərlidir.
Lakin qaza münasibətdə vəziyyət fərqlidir. Ən optimist ekspertlər Rusiyanın qaz asılılığına son vermək üçün Avropaya minimum 3 il tələb oldunduğunu düşünürlər.
Martın 3-də Beynəlxalq Energetika Agentiyinin bu istiqamətdə hesablaması və tədbirlər planı yayılıb. "10 addım" adlı sənəddə yaxın 1 ildə Avropa Birliyi ölkələrinin Rusiyadan qaz idxalını 155 mlrd. kubmetrdən 100 mlrd. kubmetrə qədər azaltmaq üçün qeyd edilən 10 addımın atılmasına ehtiyac olduğu qeyd edilir.
Həmin addımlardan bəziləri:
1) Rusiyadankənar müqavilələrlə (əsasən LNG hesabına) ən azı 30 mlrd. kub metr cəlb etmək üçün mənbə var;
2) İstismara verilməsi planan günəş və külək stansiyalarının işə salınmasını maksimum sürətləndirməklə 6 mırd. kubmetr qaza qənaəti təmin etmək olar;
3) Bionenerji və atom stansiyalarının istifadə gücünü artırmaqla 13 mlrd. kubmetr qaza qənaət mümkündür;
4) İstehlalkçılara mənzillərini isitmə zamanı uyğunlaşdıqları maksimum tempraturdan nisbətən aşağı tempratura keçmələri təşviq edilməlidir. Bunun hesabına ən azı 10 mlrd. kub qənaəti təmin etmək olar
5) Binalarda və sənayedə enerji səmərəliliyini artırmaqla qısa zamanda 2 mlrd. kub qaza qənaət mümkündür
6) Həssas əhali qruplarının yüksək enerji qiymətlərindən müdafiəsi üçün enerji sisteminə vergi güzəştləri verilməlidir
Maraqlı və real təklifləridir.
Yeri gəlmişkən, Rusiyadankənar qaz idxalı ilə bağlı son 2 ayda real addımlar artıq görünür. Uzun fasilədən sonra ABŞ Avropa Birliynə qaz ixracında Rusiyanı qabaqlamağa başlayıb. Məsələn, yanvarda ABŞ-ın ixracı 10.5 mlrd. kub, Rusiyanın ixracı isə 7,2 mlrd. kub təşkil edib. 2021-ci ildə də AB ABŞ-dan ən yüksək həcmdə (22 mlrd. kub) qaz idxal edib”.
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar