Xəbər lenti

Gələn il Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya qaz nəqli artırılacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində təşkil edilən enerji təhlükəsizliyi ilə bağlı panel müzakirələrində çıxışı zamanı deyib.

"Cənub Qaz Dəhlizi artıq uğurlu layihə olduğunu təsdiqləyib. Bu dəhlizlə artıq qaz Türkiyə və Avropaya nəql olunur. Bu vaxt artıq birlikdə danışmağın zamanıdır. Çünki Azərbaycanın Xəzərdə nəhəng qaz yataqları var və mövcud infrastruktur yaxsi vəziyyətdədir. Energetika sahəsində ən müxtəlif şirkətlər Azərbaycanla əməkdaşlığa çox böyük maraq göstərir", - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanın energetika siyasətindən danışanda ilk növbədə Türkiyə ilə çox sıx əməkdaşlığımızdan və layihələrimizdən danışmalıyıq.

O bildirib ki, energetika sahəsində inkişaf Azərbaycan ve Türkiyə əlaqələrinin əsas sütunlarından birini təşkil edir: "Gələcək əməkdaşlıq üçün də energetika əsas mövzularımızdandır".

Nazir enerji resurslarının nəqlində diversifikasiyanın vacibliyini də vurğulayıb: "Biz nələri balans və stabilliklə ağıllı şəkildə edə bilərik deyə düşünürük. Enerji təhlükəsizliyinin Azərbaycan üçün vazkeçilməz amil olduğu da hərkəsə məlumdur. Məhz belə bir dövrdə qeyd edə bilərəm ki, regionda və dünyada baş verən siyasi münaqişələr qaz bazarında qeyri-sabitliyi də özüylə birgə gətirir".



Ana səhifəyə qayıt        Baxış: 3 171          Tarix: 12-03-2022, 15:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma