"Azərbaycan daim neft ölkəsi kimi tanınıb, amma Cənub Qaz Dəhlizi layihəsi ilə təbii qaz hasil edən ölkəyə çevrilir".
"Report" xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 4-cü iclasından sonra keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, hazırda bütün dünyada qaza ehtiyac artmaqdadır: "Qaz neftə nisbətən daha ekoloji məhsuldur. Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. Amma bu infrastruktur vasitəsi ilə biz Azərbaycan qazını Avropaya ixrac etmək imkanı əldə etmişik. Dünya qaz bazarlarına çıxmaq bizim üçün əsas prioritetlərdəndir".
Nazir qeyd edib ki, Azərbaycan neft və qaz strategiyasını uğurla həyata keçirir: "Biz bu layihə ilə Avropanın enerji təhlükəsizliyinə töhfə veririk".
Paylaş: