Xəbər lenti

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 11 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 741,146 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,222 mln. manat, “Zaminbank” ASC - 65,732 mln. manat, “Kredobank” ASC - 27,771 mln. manat, “Dekabank” ASC - 3,087 mln. manat, “Atrabank” ASC - 14,35 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 2,004 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,191 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,458 mln. manat, "Bank Standard" QSC - 437,542 mln. manat, "United Credit Bank" ASC-nin qorunan əmanətçiləri isə 1,807 mln. manat kompensasiya alıblar.

Fond, həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 93,9% və 98,2%-dir. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 504          Tarix: 11-07-2017, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma