Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Hindistanda mart ayından başlayaraq həddindən artıq yüksək temperatur müşahidə edilir.
Modern.az xəbər verir ki, bu ölkədə mart ayında orta temperatur son 122 il ərzində rekord həddə çatıb. O vaxtdan bəri ölkənin şimal-qərb və mərkəzi hissələrində isti hava şəraiti davam edir.
Hindistanın Baş naziri Narendra Modi bildirib ki, ölkədə temperatur normadan çox erkən və daha sürətlə yüksəlir, Hindistan Meteorologiya İdarəsi isə ölkənin şimal-qərb və mərkəzi hissələrində temperaturun azalmasının gözlənilmədiyini açıqlayıb.
Dünyanın ikinci ən böyük buğda, düyü, meyvə, tərəvəz və şəkər qamışı istehsalçısı olan Hindistanda yüksək temperatur nəticəsində yaranan quraqlığın bu məhsulların həcmini azaldacağı gözlənilir. Azalma dünya birjalarında buğdanın qiymətinin daha da artmasına gətirib çıxara bilər. Onu da bildirək ki, Ukrayna müharibəsi səbəbindən artıq buğda qiymətlərində bahalaşma qeydə alınıb.
"India Times" qəzetinin məlumatına görə, Hindistanın Pəncab, Haryana və Uttar Pradeş vilayətlərində buğda məhsulu artıq 10-35% azalıb.
Hindistanda 2000-ci illərin ən ölümcül isti dalğası 2015-ci ildə baş verib və bu zaman 2081 nəfər həlak olub.
Bundan əvvəl Baş nazir Narendra Modi dünyanın ən böyük buğda ixracatçısı olan Ukrayna ilə Rusiya arasındakı müharibə nəticəsində ərzaq qiymətlərinin artmasına cavab olaraq Hindistanın buğda ixracatını artıra biləcəyini demişdi. Lakin isti temperatur Modinin planlarını alt-üst edə bilər.
"Reuters" agentliyinin məlumatına əsasən, Hindistanın buğda ixracı 2021-2022-ci maliyyə ilində əvvəlki illə müqayisədə 2,75 dəfə artıb və 7,85 milyon ton təşkil edib.
Agentlik, həmçinin bildirib ki, istilik dalğası başlamazdan əvvəl Hindistan bu il üçün ixrac hədəfini 12 milyon tona çatdırıb, ancaq indiki durumda buna nail olmaq çox çətindir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar