Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
“Polşa yenə də Rusiya qazı alır. O, sadəcə bu qazı Almaniya yox, İtaliya və Fransa vasitəsilə tədarük edir”.
Ovqat.com xəbər verir ki, bunu "Qazprom"un sözçüsü Sergey Kupriyanov media açıqlamasında bildirib.
“Əvvəllər məlumat var idi ki, Varşava Almaniyadan qazı əks istiqamətdə alır. Lakin mayın 2-də Almaniya yanacaq tədarükünü dayandırıb. Buna görə də, indi Polşa İtaliya və Fransa üçün nəzərdə tutulan Rusiya qazını alır və bununla da öz anbarlarını doldurur”, - deyə Rusiya qaz monopoliyasının nümayəndəsi vurğulayıb.
Kupriyanov əlavə edib ki, Polşa öz yeraltı anbarlarına vurmaq üçün geri dönən qazı alır və yeraltı anbarlarını 80% doldurur. Sözçünün bildirdiyinə görə, hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq nisbəti orta hesabla 34%-dən çox deyil.
Xatırladaq ki, Rusiya Federasiyası aprelin sonunda qazın pulunu rublla ödəməkdən imtina edən Polşaya tədarükü dayandırmışdı. Varşava bunu şantaj adlandırmış və qazı Almaniyadan tədarük etməyə başlamışdı. İndi isə məlum olur ki, Almaniya ona qaz tədarükünü kəsib və Varşava öz enerji ehtiyacını Fransa və İtaliyadan təmin etmək məcburiyyətində qalıb.
Polşanın bu davranışı ilk baxışdan “sağ qulağını sol əli ilə qaşımaq” cəhdi kimi görünə bilər. Fəqət İtaliya və Fransanın yaxın zamanlarda Afrika ölkələrindən qaz tədarük etmək planları alınsa, Rusiyanın öz alternativsizliyi ilə öyünməsi üçün əsas qalmayacaq.
Qeyd edək ki, ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, OPEC ölkələri müxtəlif bəhanələr gətirərək qlobal enerji bazarında Rusiyanı kompensasiya etməməyə çalışırlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar