Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
Dünyanın inkişaf etmiş 7 sənaye ölkəsindən təşəkkül tapan G7-nin 2 gün əvvəl baş tutan zirvə toplantısının gündəliyində bir əsas məsələ vardı: Rusiya enerjisindən asılılığı mərhələli şəkildə aradan qaldırmaq, xüsusilə də bu ölkədən neftinin idxalını dayandırmaq və ya qadağan etmək. G7 ölkələri bu barədə üzərlərinə öhdəlik götürsələr də, atacaqları addımın konkret təqvimini açıqlamadılar.
Bununla belə, məlum qərardan sonra Aİ yetkiləri ittifaq ölkələri ilə rus neftinə sanksiya tətbiq olunması istiqamətində danışıqlarını sürətləndiriblər. Qərara Aİ üzvlərindən Macarıstan, Serbiya və Çexiyadan başqa dirəniş göstərən yoxdur. Böyük ehtimalla, onların da razılığı alınacaq və ilk işə Rusiya neftindən imtina ilə başlanılacaq.
Sual oluna bilər: Qərb ölkələrinin əsas qərar mərkəzlərindən sayılan G7 ölkələri niyə məhz neft idxalını dayandırmağa bu qədər əhəmiyyət verirlər? Qaz idxalına isə nədən eyni həssasiyyətlə yanaşılmır?
Zənnimizcə, bunun iki mühüm səbəbi var. Səbəblərdən biri Avropa İttifaqı ölkələri üçün neftdən imtinanın daha rahat olmasıdır. Məlum olduğu kimi, dünyada yalnız neft hasilatı ilə məşğul olan ölkələrin sayı daha çoxdur. Bu isə alternativlərin çoxluğu mənasına gəlir və Qərbin başqa qaynaqlardan neft tədarük edə bilməsini asanlaşdırır.
Üstəlik, qazdan fərqli olaraq, neft məhsulları əsasən gəmilərlə nəql edilir və mövcud rafinələrə doldurulur. Qazda da bunu etmək mümkündür. Bunun üçün isə sıxılmış qazları saxlayan yeni anbarlar tikilməlidir. Xeyli bahalı olan qaz anbarlarını inşa etmək üçün həm də geniş zamana ehtiyac var. Rusiyanın kəmərlərlə ixrac etdiyi qazı almaq bu mənada daha rahatdır.
Digər önəmli səbəb neft ixracının Rusiya iqtisadiyyatı üçün daha böyük əhəmiyyət daşımasından qaynaqlanır. Amerikanın Enerji İnformasiya İdarəetmə Administrasiyasının 2021-ci ilin oktyabr ayına olan məlumatları göstərir ki, Rusiya neft hasilatının 49 faizini Avropanın OECD (İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı) üzvü ölkələrinə satır. Həmin OECD ölkələrinin başında isə G7-də təmsil olunan dövlətlər gəlir. Deməli, G7 ölkələri istəsələr rahatlıqla Rusiyanı böyük bir qazancdan məhrum edə bilərlər. Neft və neft məhsullarının Rusiyanın büdcə gəlirlərində payının 30%-ə çatdığını nəzərə alsaq, G7 ölkələrinin bu istiqamətdə atacağı addımların şimal qonşumuza nə qədər ciddi zərbə vura biləcəkləri ortaya çıxar.
Qaz ixracında isə vəziyyət bir qədər fərqlidir. Belə ki, qaz ixracı Rusiyanın büdcə gəlirlərində o qədər də əhəmiyyətli yer tutmur. Məlumata görə, Rusiyada hasil olunan qazın böyük əksəriyyəti daxili istehlaka yönəldilir, hasilatın cəmi 30%-ə qədəri isə ixrac olunur. Qaz ixracından Rusiyanın əldə etdiyi qazanc büdcə gəlirlərinin 6-7 faizini təşkil edir.
Qısası, Rusiya üçün neft ixracı qazdan daha vacibdir. Qərb ölkələri də məhz bu səbəbdən neft ixracını hədəfə alırlar.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar