Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Yaxın Şərqdə maraqlı proseslərə şahidlik edirik.
Qətər əmiri Şeyx Təmim Tehrana səfər edərək İran lideri Xameneyi ilə görüşüb. Rəsmi medialar əmirin İranın dəvəti ilə Tehranda səfərdə olduğunu qeyd edir. Bu dəvətin İran prezidenti Rəisinin fevralda Qətərə səfəri zamanı edildiyi bildirilir. Sonuncu dəfə Qətər əmiri İrana Qasım Süleymaninin öldürülməsindən dərhal sonra Vaşinqton və Tehran arasında gərginliyi azaltmaq məqsədi ilə səfər etmişdi.
Körfəzdən İrana edilən bu dəfəki səfərin bir-birilə əlaqəli iki ciddi mövzusu olduğu deyilir. İlk olaraq Qətər əmiri Qərb və İran arasında tıxanan nüvə danışıqlarındakı düyümü açmağa çalışdığı bildirilir. Bu arada qeyd etmək yerinə düşər ki, Demokratların hakimiyyətə gəlməsindən sonra Qətər Vaşinqtonun regiondakı ən önəmli tərəfdaşına çevrilib. Təsadüfi deyil ki, Şeyx Təmim Baydenin Ağ Evdə qarşıladığı ilk xarici ölkə lideri olmuşdu. Həmin görüşdə Bayden Qətəri qeyri-NATO müttəfiqi statusu verdiklərini açıqlamışdı. Qayıdaq mövzuya.
Nüvə danışıqlarındakı əsas düyüm İranın ideoloji ordusu kimi tanınan SEPAH-ın ABŞ tərəfindən terrorçu qruplar siyahısından çıxarılmamasıdır. İsrail və Körfəz ölkələri SEPAH-ın bu siyahıdan çıxarılmasına kəskin qarşı çıxır. İran tərəfi isə SEPAH siyahıdan çıxarılmadan nüvə sazişinə qayıtmayacağını açıqlayıb.
Bəs digər məsələ nədir? Əmma elə burdadır. Rusiya-Qərb münasibətlərinin kəskinləşməsi LNG (maye qaz) formasında satılan Qətər qazına tələbatı kəskin artırıb. Belə bir vəziyyətdə, Qətər İranla birlikdə işlətdiyi Cənubi Pars yatağından çıxarılan qazın həcmimi artırmağa çalışır. Dünyanın ən böyük qaz yatağı olan Cənubi Parsda 14 trilyon kub metr qaz ehtiyatlarının olduğu, bu ehtiyatların da Avropanın qaz tələbatını 25 il boyunca təmin edə biləcəyi deyilir.
Lakin İrana qoyulmuş sanksiyalar Cəbubi Pars yatağının İran hissəsindən çıxarılan qazın Avropa bazarına nəqlini əngəlləyir. Bu səbəbdən Qətər nüvə müzakirələrinin tezliklə yekunlaşmasına, bununla da İrana qoyulan sanksiyaların götürülməsinə çalışır.
Qısası, Vaşinqton Avropanın rus qazından asılılığını müəyyən dərəcədə azaltmaq üçün İranı qaz oyununa daxil etmək niyyətindədir və Qətər əmiri bu məsələdə vasitəçi rolunu oynamağa çalışır. İranın bu oyuna daxil olmasının Rusiyanın Avropa üzərindəki “qaz rıçağı”na önəmli dərəcədə zərbə vura biləcəyi iddia olunur.
Qətər lideri İrandan sonra Avropaya keçərək İsveçrə, Almaniya və Böyük Britaniyaya səfər edəcək.
ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar