Xəbər lenti

Rusiya Ukrayna müharibəsi ərəfəsində iki dəfəyə yaxın bahalaşan neft qiymətlərində son dövrlər kəskin ucuzlaşma müşahidə edilir.

Belə ki, əgər iyun ayının 8-də brend markalı neft 124-125 dollara ticarət edilirdisə hazırda onun qiyməti 104-105 dollar arası dəyişir. Eyni zamanda Azərbaycana məxsus “Azeri Light” maraklı neftin qiyməti təqribən 1 ay əvvəl 130 dollaradək artmışdısa bu gün onun qiyməti 120 dollar səviyyəsinə düşüb.

Bəs neftin qiymətini ucuzlaşdıran əsas səbəblər hansılardır?

Qeyd edək ki, Azərbaycan neftinin qiymətinin bir ayda 7,7 faiz ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsir göstərməsi proqnozlaşdırılmır. Buna səbəb əvvəla yenilənən dövlət büdcəsində onun qiymətinin 85 dollar civarında müəyyən edilməsidir. Bundan savayı rəsmi Bakı mövcud neft qiymətlərinin geosiyasi təhdidlər fonunda və müvəqqəti olaraq artdığının fərqindədir. 

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 458          Tarix: 12-07-2022, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma