Xəbər lenti

Qlobal taxıl böhranın yaşandığı günlərdə Rusiya bu il taxıl istehsalının 11 milyon ton azaldığını elan edib. Teleqraf.com xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il Rusiyada ümumilikdə 15,4 milyon hektar sahədə əkin aparıldığı halda, bu il 9,4 milyon hektar ərazi əkilib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2021-ci il iyulun 28-dək ölkədə 50,9 milyon ton taxıl istehsal edildiyini, lakin bu ilin eyni dövründə 39,9 milyon ton taxıl yığıldığını açıqlayıb. Bu il əldə edilən məlumatlara görə, Rusiyada taxıl istehsalı əvvəlki ilin eyni tarixi ilə müqayisədə 11 milyon ton azalıb.

Qeyd edək ki, Avropa Şurasından çərşənbə axşamı verilən açıqlamada, Ukraynaya hücumlar səbəbiylə genişləndirilən və Rusiya iqtisadiyyatını hədəf alan sanksiyaların 31 yanvar 2023-cü ilə qədər daha 6 ay uzadılmasına qərar verildiyi bildirilib. Bəyanatda sanksiyaların maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallara qoyulan məhdudiyyətlər də daxil olmaqla geniş bir sahəni əhatə etdiyi bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 3 574          Tarix: 31-07-2022, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma