“Ukrayna münaqişəsi səbəbiylə Avropa İttifaqı ölkələri iqtisadi tənəzzüllə üzləşəcək”. “Report” xəbər verir ki, bu barədə Finlandiyanın Prezidenti Sauli Niinistö “Maaseudun Tulevaisuus” nəşrinə müsahibəsində deyib.
“Finlandiya və digər Avropa İttifaqı ölkələrinin vətəndaşları iqtisadiyyatın ildən-ilə artmayacağına öyrəşməli olacaqlar. Bu, Avropanın birliyinə mənfi təsir göstərə bilər, çünki inkişaf birdən-birə dayanır, çağırışların sayı artır”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, bu baxımdan, Finlandiyanın NATO-ya daxil olma prosesinə baxmayaraq, təhlükəsizlik sahəsində özünü qoruması, əhalinin ərzaqla təmin olunması məsələsində müstəqilliyi əsas vəzifələrə çevrilir.
O əlavə edib ki, Rusiya ilə Qərb arasında, xüsusən də Rusiya ilə Finlandiya arasında münasibətlər Ukraynadakı vəziyyətin inkişafından asılı olacaq.
Paylaş: