Xəbər lenti

“Almaniya tarixində istehsalçı qiymətlər bu ilin avqustda olduğu qədər yüksəlməyib. Belə davam edərsə, artıq hər hansı şirkətin Almaniyada məhsul istehsal etməsi mənasız olacaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Focus onlayn” jurnalı xüsusi yazı həsr edib. Jurnal ölkəin sənayesizləşmə təhlükəsi ilə üzləşdiyini qeyd edir.

Yazıda Federal Statistika İdarəsi tərəfindən avqust ayında istehsalçı qiymətlərinin 45,8 faiz artdığı barədə məlumata xüsusi diqqət çəkilib. Məqalə müəlliflərinin fikrincə, 1949-cu ildən bəri belə bir artım müşahidə olunmayıb. Bu, həm də həddindən artıq yüksək inflyasiyanın və Almaniyada istehsalın çox bahalaşdığını göstərir.

“BASF”, “Siemens” və ya “Volkswagen” kimi iri korporasiyalar enerji qiymətlərinin qalxmasına tab gətirə bilər, çünki onlar öz məhsullarını dünyanın daha ucuz başa gələn yerlərində istehsal edə bilirlər. Lakin kiçik şirkətlər artan xərclər səbəbindən əziyyət çəkirlər. Onlar ya bağlanacaq ya da köçməli olacaqlar ki, bu da Almaniyada sənayesizləşməyə gətirib çıxaracaq”,-deyə yazıda qeyd edilib.




Ana səhifəyə qayıt        Baxış: 2 620          Tarix: 23-09-2022, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma