Xəbər lenti

OPEC təşkilatı elektrikli avtomobillərin sayı ilə bağlı proqnozlarını təxminən 4 dəfə artırıb. "Report"un "Hürriyət" qəzetinə istinadən verdiyi xəbərə görə, OPEC 2040-cı ilə qədər elektrikli avtomobillərin sayı ilə bağlı proqnozunu 46 mln. ədəddən 266 mln. ədədə yüksəldib. 

Təşkilatın proqnoz hesabatına əsasən, 2040-cı ildə elektrikli avtomobillər avtomobil bazarının 12%-ni təşkil edəcək. Qeyd edək ki, iki il bundan öncə OPEC-in bu proqnozu 2% təşkil edirdi. Beynəlxalq miqyasda aparılan araşdırmalar göstərib ki, 2040-cı ilə qədər elektrikli avtomobillər dünya miqyasında neftə olan tələbatı 8 mln. barel/gün və ya bugünkü tələb nəzərə alınarsa 8%-ə yaxın azaldacaq və dünya neft sənayesinə illik 700 mlrd. dollar zərər vuracaq.

OPEC-lə yanaşı Beynəlxalq Energetika Agentlıiyi (İEA) 2030-cu il üçün elektrikli avtomobillərin sayı ilə bağlı proqnozunu 2,5 dəfə artıraraq 23 mln. ədəddən 58 mln.-a yüksəldib.

"ExxonMobil" şirkəti 2040-cı il üçün elektrikli avtomobillərin sayı üzrə proqnozunu 50%-dən çox artıraraq 65 mln.-dan 100 mln.-a çatdırıb.

BP şirkəti 2035-ci il üçün yeni proqnozunu 40% yüksəldərək elektrikli avtomobillərin 100 mln. ədəd, "Statoil" isə 2030-cu il üçün ümumi avtomoil satışında elektrikli avtomobillərin xüsusi çəkisinin 30% olacağını bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 538          Tarix: 17-07-2017, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma