Xəbər lenti


İranın  prezidenti Seyid İbrahim Rəisi Tehran və Moskva arasında diplomatik əlaqələrin artmasına toxunaraq, İran və Rusiya arasında strateji iqtisadi əməkdaşlığın formalaşdırılması və gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Musavat.com xarici mediaya istinadən bildirir ki, Rusiya Federasiyasının İİR-dəki yeni səfiri Aleksey Dedov isə qeyd edib ki, Tehran və Moskva arasında strateji iqtisadi əməkdaşlıq Qərb ölkələrini sanksiyalar siyasətindən ümidsizliyə sürükləyib.

Onu da qeyd edək ki, İranın Türkiyə ilə əlaqələrində də yeni proseslər nəzərə çarpır.

Türkiyənin "BOTAŞ" Qaz Şirkəti bildirib ki, İran bu ilin əvvəlindən "qazpaylayıcı şəbəkədəki texniki nasazlıq" səbəbindən Türkiyəyə qaz ixracının 70% azaldığını bildirən rəsmi məktub göndərib. Amma Türkiyənin Energetika Nazirliyi bu gün İranın 10 gün ərzində qaz ixracını tamamilə dayandırdığını açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 852          Tarix: 9-01-2023, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma