Xəbər lenti

Hindistan şirkətləri Rusiya neftinə ödəniş üçün valyutalarını “dəyişiblər”.

Bu barədə “Reuters” əməliyyat məlumatlarına istinadən xəbər verib.

Məlum olub ki, Hindistan biznesi Qərbin sanksiyalarını pozmaq riskini azaltmaq üçün bu addımı atıb - şirkətlər Rusiya neftinin tədarükünün böyük hissəsini BƏƏ-nin milli valyutası olan dirhəmlə ödəyirlər. 

O da vurğulanıb ki, Hindistan neft emalı müəssisələri Rusiya neftini əsasən Dubay treyderlərindən, o cümlədən “Everest Energy” və Rusiyanın “Lukoil” neft şirkətinin bölməsi olan “Litasco”dan alır.

Hindistanın Rusiyaya qarşı sanksiyaları tanımamasına baxmayaraq, ölkənin bankları və maliyyə qurumları Qərbin Rusiyaya qarşı gördüyü digər məhdudlaşdırıcı tədbirləri pozmamaq üçün klirinq ödənişlərinə ehtiyatla yanaşır.




Ana səhifəyə qayıt        Baxış: 3 318          Tarix: 5-02-2023, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma