Xəbər lenti

"Biz regionda ən böyük hava daşımaları şirkəti və Şərq-Qərb, Şimal-Cənub kimi dəhlizlərə çıxışla Qara dənizdə nəqliyyat mövcudluğumuzu fəal şəkildə artırmağa başlamışıq. Sözsüz ki, bu, böyük imkandır".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.

“Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq. Bu, bir növ bu günün reallığıdır”, - Azərbaycan Prezidenti bunu daha da fəallaşdırmağın vacibliyini qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 891          Tarix: 3-05-2023, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma