Xəbər lenti

Ermənistan hökuməti Naxçıvandan Azərbaycana dəmir yolu açılacağı təqdirdə ona nəzarət modelini təqdim edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan mayın 17-də parlamentdə jurnalistlərlə söhbətində deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Brüsseldəki danışıqlardan sonra Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanın Naxçıvandan keçən dəmir yolunun işə salınması üçün Dünya Gömrük Təşkilatına dəstək üçün müraciət etmək barədə razılığa gəldiyini açıqlamışdı.

“Gürcüstanın və Abxaziyanın bu hissəsində eyni tənzimləmə üsulu planlaşdırılıb və ona dünyanın tanınmış şirkətlərindən biri nəzarət etməli idi. Bu, İsveçrə şirkəti olmalı imiş. Lakin onlardan başqa bütün dünyada sənədlərinə etibar edilən fransız şirkətləri də var”, - Kerobyan bildirib.

Onun sözlərinə görə, həmin nəzarət modelinə görə, Abxaziyaya giriş-çıxış zonalarında adıçəkilən şirkətin gömrük funksiyasını əvəz edəcək yoxlama məntəqələri yerləşdirilməli idi.

Erməni nazirin fikrincə, Abxaziya ilə bağlı bu vasitə işləməsə də, dəmir yollarına nəzarət zamanı hansı modeldən istifadə oluna biləcəyi barədə artıq bir təsəvvür yaranıb.




Ana səhifəyə qayıt        Baxış: 4 539          Tarix: 17-05-2023, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma