Xəbər lenti

Çin Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin qurulmasını dəstəkləyir.

AzVision.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin bu gün Sian şəhərində Çin-Mərkəzi Asiya ölkələri dövlət başçılarının görüşündə deyib. Çin Lideri ölkəsinin Mərkəzi Asiya ölkələri ilə transsərhəd daşımaların həcmini artıracağını da bildirib.

Si Cinpin əlverişli coğrafi mövqeyi sayəsində Mərkəzi Asiyanın Avrasiyada əlaqə üçün vacib qovşaq olma əsaslarına, şərtlərinə və üstünlüklərinə malik olduğunu vurğulayıb, ölkəsinin Çin-Avropa yük qatarlarının fəaliyyəti üçün nəqliyyat hablarının inşasını sürətləndirəcəyini deyib.




Ana səhifəyə qayıt        Baxış: 3 945          Tarix: 19-05-2023, 10:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma