Deputat Əli Məsimli Milli Məclisin iclasındakı çıxışında ölkə başçısının rəhbərliyi ilə keçirilən müşavirədəki məsələlərdən bəhs etdi.
Onun sözlərinə görə, iyulun 11-də Prezident İlham Əliyevin çıxışı göstərdi ki, ölkəmizin iqtisadi imkanlarının artması ciddi addımların atılmasına, o cümlədən qarşıdakı iqtisadi hədəflərə nail olmaq üçün mühüm imkanlar yaranıb: “Qarabağ və Şərqi Zəngəzura 12 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin vəsaitdən böyük şəffaflıq və qənaətlə istifadə olunacaq. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər də Azərbaycan qanununlarına hörmət etməlidir. Bizim qanunlarımıza, ekoloji tələblərə cavab verməyən xarici şirkətlərin fəaliyyəti dayandırılmalıdır”.
Ə.Məsimli bildirdi ki, eyni zamanda inflyasiya ilə bağlı da zəruri addımların atılmasına ehtiyac var: “Çünki ikirəqəmli inflyasiya təkcə aşağı deyil, orta təbəqəyə də ciddi təsir göstərir. Düşünürəm ki, subyektiv səbəbləri aradan qaldırmaqla, inflyasiyanı təkrəqəmli həddə endirmək mümkündür”.
E.Paşasoy,
Musavat.com
Paylaş: