Xəbər lenti

Moskva Ankaranın taxıl sazişi məsələsində mövqeyini və diplomatik təşəbbüslərini yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin brifinqdə deyib.

"Mən həm Moskvada, həm də Ankarada çoxlu məsləhətləşmələr aparmışam, demək istəyirəm ki, türk həmkarların potensialını, biliyini və peşəkar bacarıqlarını yüksək qiymətləndirirəm".

Verşinin əlavə edib ki, Moskva və Ankara həm Rusiya, həm Türkiyə, həm də regional sabitliyə fayda verəcək nəticələr əldə etmək üçün fəaliyyəti davam etdirməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 3 664          Tarix: 21-07-2023, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma