Dünya bazarında neftin qiyməti sürətlə aşağı düşür. Musavat.com xəbər verir ki, həftənin əvvəlində 96 dollar olan Brent markalı neftin dekabr fyuçersləri üzrə qiyməti hazırda 85.50 dollar civarındadır. WTI neftinin nooyabr fyuçersləri üzrə qiymət isə 84,21 dollar təşkil edir.
Analitiklərə görə, bu enişin əsas səbəbi OPEK+ monitorinq komitəsinin bu gün keçirilən videotoplantısında bazarın gözlədiyi qərarların elan olunmamasıdır. Belə ki, bazar iştirakçıları Səudiyyə Ərəbistanının gündəlik hasilatı 1 milyon barel, Rusiyanın isə gündəlik ixracı 300 min barel azaltmaq qərarının müddətinin 2024-cü ilin sonunadək uzadacağını gözləyirdilər. Laki belə bir qərar açıqlanmadı, əksinə, hər iki ölkə ehtiyac yaranarsa, noyabrda hasilat və ixracı artırmaq məsələsinə baxa biləcəklərini bəyan etdilər.
Çin və digər böyük iqtisadiyyatlarda iqtisadi artımın zəifləməsi fonunda bu xəbər bazarda bədbinliyə səbəb olub. Hətta ABŞ Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarının 2,2 milyon barel azalmasına dair məlumatı da qiymət enişini dayandırmaq gücündə olmadı.
Musavat.com
Paylaş: