Xəbər lenti
Mərkəzləşdirilmiş kiçik və orta sahibkarlıq agentliyinin yaradılması ilə bağlı müzakirələrə başlanılıb.
Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
"Xarici ekspertlərlə birgə araşdırmalar aparılır. Almaniya, Koreya Respublikası, Türkiyə modelləri var. Belə bir qurumun yaradılması ilə Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində dövlət siyasətinin institusional baxımdan daha da təkmilləşdirilməsi təmin ediləcək. Bu çox vacib addımdır. Hazırda müvafiq dövlət qurumları ilə bu istiqamətdə iş aparılır və nəticələr yaxın günlərdə açıqlanacaq", - deyə V.Qasımlı qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 904          Tarix: 20-04-2017, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma