Xəbər lenti

 

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə 1 milyard 705 milyon 122 min kubmetr təbii qaz ixrac edilib.

Yeniavaz.com Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu həcmdə təbii qazın dəyəri 276 milyon 201 min dollara bərabər olub. Bu isə o deməkdir ki, xaricə satılan elektrik enerjisinin 1 kubmetrinin qiyməti 16 sent və ya mövcud məzənnə ilə (1,70) hesablandığı zaman 27 qəpik təşkil edib.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-fevral aylarında xaricə satılan təbii qazın dəyəri bundan ucuz olub. Bu ilin ilk 2 ayında xaricə satılan təbii qazın qiyməti ilə əhaliyə satılan təbii qazın qiyməti arasında heç bir fəqr olmayıb. Xaricə satılan təbii qazın qiyməti daxili bazardakı qiymətlə (20 qəpiyk və ya 12 sent) eyni olub.

Ancaq təbii qazdan fərqli olaraq elektrik enerjisinin qiyməti yanvar-aprel aylarında əvvəlki aylarla müqayisədə dəyişməz qalıb. İlk 3 ayda olduğu kimi ilk 4 ayda da xaricə satılan elektrik enerjisinin qiyməti 4 sent və ya 7 qəpik təşkil edib. Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur. Bildiyimiz kimi elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (limitdən artıq olduqda) bərabərdir. Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-aprel aylarında xarici ölkələrə 387 milyon 406 min kv/saat elektrik enerjisi ixrac edilib. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, bu həcmdə elektrik enerjisinin dəyəri 16 milyon 535 min dollara bərabər olub.




Ana səhifəyə qayıt        Baxış: 1 101          Tarix: 11-05-2017, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma