Xəbər lenti
Türkiyəli iş adamlarının Azərbaycandakı investisiyaları ümumilikdə 9 mlrd. dolları ötüb.
Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Sahibkarlar Günü" ilə əlaqədar sahibkarlara ünvanladığı təbrikdə deyib.
Səfir bildirib ki, Azərbaycanın Türkiyədəki investisiyalarının səviyyəsi SOCAR-ın energetika sahəsindəki fəaliyyətləri nəticəsində 17-20 mlrd. dollara çatması gözlənilir: "Qeyd edilən bu irəliləyiş sadəcə hökumətlərimiz arasındakı yüksək səviyyəli əlaqələrin nəticəsi deyil. İş adamlarımız və sahibkarlar assosiasiyalarımız ölkələrimizdəki güclü siyasi iradədən aldıqları dəstəklə təqdirəlayiq əlaqələr formalaşdıraraq iqtisadi sahədəki əlaqələrimizin dərinləşməsini sürətləndirib. Dərinləşən bu iqtisadi əlaqələr, ölkələrimizdəki rifah səviyyəsini yaxşılaşdıraraq yoxsulluğun azalmasına öz töhfəsini verir".


Ana səhifəyə qayıt        Baxış: 911          Tarix: 26-04-2017, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma